Banqladeş Prezidenti Prezident İlham Əliyevi təbrik edib

Banqladeş Prezidenti Prezident İlham Əliyevi təbrik edib
  • Clock-gray 15:33
  • calendar-gray 29 İyun 2020

Banqladeş Xalq Respublikasının Prezidenti Md. Əbdül Həmid Prezident İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir: 

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

İnanıram ki, Banqladeş ilə Azərbaycan arasında sıx əməkdaşlığa əsaslanan dostluq münasibətləri gələcəkdə daha da möhkəmlənəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uzun ömür, dost Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah diləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

apa-logo-mini

Digər xəbərlər