Baş Nazir Əli Əsədov Ukrayna və İrana başsağlığı verib

Baş Nazir Əli Əsədov Ukrayna və İrana başsağlığı verib
# 08 yanvar 2020 19:36 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Tehran yaxınlığında Ukrayna Beynəlxlaq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Ukraynanın Baş Naziri Oleksiy Qonçarukaİran Prezidentinin birinci müavini İshaq Cahangiriyə başsağlığı məktubu göndərib.

Bu barədə APA-ya Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Ukraynanın Baş Naziri Oleksiy Qonçaruka göndərilən başsağlığı məktubundada deyilir ki, Tehran yaxınlığında Ukrayna Beynəlxlaq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri onu olduqca kədərləndirib.

Ə. Əsədov bu faciə ilə əlaqədar ukraynalı həmkarına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun İran İslam Respublikası Prezidentinin birinci müavini İshaq Cahangiriyə göndərdiyi başsağlığı məktubunda isə deyilir:

“Tehran yaxınlığında Ukrayna Beynəlxlaq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”

Xatırladaq ki, göyərtəsində 170-dən çox sərnişin olan “Boeing 737” tipli təyyarə bu gün Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində sağ qalan olmayıb. Təyyarə qəzasında 82 nəfər İran vətəndaşı, 63 nəfər Kanada vətəndaşı, 11 nəfər Ukrayna vətəndaşı (2 sərnişin və 9 ekipaj üzvü), 10 nəfər İsveç vətəndaşı, 4 nəfər Əfqanıstan vətəndaşı, 3 nəfər Almaniya vətəndaşı və 3 nəfər Böyük Britaniya vətəndaşı həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR