Belçikalıların Kralı Azərbaycan Prezidentinə təbrik göndərib

Belçikalıların Kralı Azərbaycan Prezidentinə təbrik göndərib
# 27 may 2020 13:18 (UTC +04:00)

Belçikalıların Kralı Filip Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi qəlbdən təbriklərimi çatdırıram.

Pandemiya ilə əlaqədar çətin vəziyyətin yarandığı bu günlərdə Sizə və xalqınıza rifah və firavanlıq arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR