Beynəlxalq Türk Akademiyası Ermənistan-Azərbaycan sərhədində baş verənlərdən narahatdır

Beynəlxalq Türk Akademiyası Ermənistan-Azərbaycan sərhədində baş verənlərdən narahatdır
  • Clock-gray 23:19
  • calendar-gray 14 İyul 2020

Beynəlxalq Türk Akademiyasının (BTA) Prezidenti Darxan Kıdırəli bəyanat yayaraq, Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən döyüşlərdən ciddi narahatlığını ifadə edib.

APA xəbər verir ki, bəyanatda deyilir: “Beynəlxalq Türk Akademiyası Ermənistan-Azərbaycan münaqişəsinin alovlanmasından, iki ölkənin dövlət sərhədində baş verən döyüşlərdən ciddi narahatlığını ifadə edir və konfliktin BMT Təhlükəsizlik Şurasının qətnamələri, hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri, ərazi bütövlüyü və suverenliyi çərçivəsində, sülh yolu həllinə ümid bəsləyir. Mülki şəxslərin qətlə yetirilməsi faktını kəskin pisləyir, şəhidlərə Allahdan rəhmət diləyir, yaxınlarına və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir”.

 

apa-logo-mini

Digər xəbərlər