Beynəlxalq Türk Akademiyasının üzvləri Gəncəyə gediblər

Beynəlxalq Türk Akademiyasının üzvləri Gəncəyə gediblər
# 19 noyabr 2020 12:45 (UTC +04:00)

Beynəlxalq Türk Akademiyasının Prezidenti Darxan Kıdıralinin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 19-da Gəncəyə gəlib.

APA-nın yerli bürosunun yerli bürosunun məlumatına görə, nümayəndə heyəti Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub.

Darxan Kıdırali bildirib ki, savaş sırasında erməni tərəfi mülki şəxsləri və obyektləri hədəf alıb: "Gəncədə ermənilrin raket atışı nəticəsində xeyli mülki şəxs həlak olub. Vəfat edənlərə Allahdan rəhmət diləyirəm.Biz beynəlxalq təşkilat kimi bunu qınadıq, bəyanat verdik. İndi isə özüm gəlib ziyarət etdim, Azərbaycanın yanında olduğumuzu bir daha çatdırmaq istədim. Gəncə mədəniyyət, ədəbiyyat şəhəridir.

Hesab edirəm ki, savaşın qazanılması və Qarabağın alınması vəfat edənlərin ruhunu şad edib. Qələbəniz mübarək!”

Nümayəndə heyətinə məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri ətrafdakı şəhər və kəndləri, eləcə də cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alıb. Oktyabrın 11-də və 17-də Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə məqsədli şəkildə ballistik raketlərlə atəşə tutulub. Gecə saatlarında raket hücumları nəticəsində 1 körpə, 5 uşaq, 10 qadın da olmaqla 30-a yaxın dinc sakin həlak olub, 90-dan çox insan yaralanıb.

Türkiyə nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin və binaların ətrafına gül düzüb, dualar oxuyublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR