Bolqarıstan Prezidenti Azərbaycan Prezidentini təbrik edib

Bolqarıstan Prezidenti Azərbaycan Prezidentini təbrik edib
# 23 dekabr 2019 10:36 (UTC +04:00)

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir: "Zati-aliləri.

Xahiş edirəm doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Sizə ali dövləti vəzifənizdə uğurlar arzulayır, cansağlığı diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizin diqqətinə çatdırmaq istəyirəm ki, bizim birgə səylərimiz nəticəsində ölkələrimiz arasındakı strateji əməkdaşlıq xalqlarımızın rifahı naminə daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə və Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq diləyirəm.

Zati-ailələri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR