Bosniya və Herseqovina parlamentinin üzvü: “Olduğumuz məntəqələrdə pozuntu aşkarlanmayıb”

Bosniya və Herseqovina parlamentinin üzvü: “Olduğumuz məntəqələrdə pozuntu aşkarlanmayıb”
# 10 fevral 2020 11:28 (UTC +04:00)

“Azərbaycanda növbədənkənar parlament seçkilərinin təşkilatçılıq prosesində qadınlar daha çox iştirak edir, bu da olduqca önəmli haldır”.

APA-nın məlumatına görə, bunu Bosniya və Herseqovina parlamentinin Azərbaycanda növbədənkənar parlament seçkilərini izləmiş nümayəndə heyətinin üzvü Predraq Kojul deyib.

Onun sözlərinə görə, təmsil etdiyi nümayəndə heyəti Avropada olan seçkilərdə də iştirak edib. "Avropada keçirilən seçkilərdə biz qadınların iştirakını o qədər də müşahidə etməmişdik. Lakin Azərbaycanda bunu gördük. Mən artıq ikinci dəfədir, Azərbaycanda keçirilən seçkilərdə müşahidəçi kimi iştirak edirəm. Xüsusilə də qeyd etməliyəm ki, texniki baxımından təşkilatçılıq çıx yüksək səviyyədə təşkil olunub".

O həmçinin əlavə edib ki, nümayəndə heyəti 13 seçki məntəqələrində olub və bu məntəqələrin heç birində pozuntu aşkarlanmayıb, təşkilatçılıq yüksək səviyyədə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR