Britaniya səfiri Azərbaycana təşəkkür edib

Britaniya səfiri Azərbaycana təşəkkür edib
# 12 aprel 2020 22:25 (UTC +04:00)

Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp koronavirusla mübarizədə dəstək məqsədilə bu ölkənin bayrağının Heydər Əliyev Mərkəzinin üzərində videoproyeksiya olunmasına görə təşəkkürünü bildirib.

APA xəbər verir ki, səfir bu barədə "Twitter" hesabında yazib.

"Bu həm möhtəşəm tamaşa, həm də çox səmimi jestdir. Mən Azərbaycan dövlətinə və Heydər Əliyev Mərkəzinə təşəkkür edirəm və Azərbaycan xalqına can sağlığı arzu edirəm. Bu çətin müddətdə həmrəylik göstərmək və birgə çalışmaq çox vacibdir", - səfir Şarp belə deyib.

Qeyd edək ki, COVID-19 pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq aprelin 3-dən etibarən virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrinin incilərindən olan Heydər Əliyev Mərkəzinin binası üzərinə proyeksiya edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR