Britaniya səfiri: “Azərbaycanla yeni ticarət münasibətlərinin inkişafı haqda düşünəcəyik”

Britaniya səfiri: “Azərbaycanla yeni ticarət münasibətlərinin inkişafı haqda düşünəcəyik”
# 20 fevral 2020 13:23 (UTC +04:00)

“Böyük Britaniya ilin sonunadək Avropa İttifaqı (Aİ) ilə gələcək münasibətlərin qurulmasına dair qərar verəcək”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.

O bildirib ki, Böyük Britaniya digər ölkələrlə ticarət münasibətlərinin yenidən qurulmasına diqqət yönəldib.

“Çünki əvvəl Avropa İttifaqının üzvü olarkən bu məsələlərdə müstəqilliyimiz tam deyildi. İndi isə azadlığımız var. Biz Azərbaycan da daxil olmaqla digər ölkələrlə yeni ticarət münasibətlərinin inkişafı haqda düşünəcəyik”, - deyə səfir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR