Britaniyanın Azərbaycandakı səfiri AİH-in yaradılmasını təqdirəlayiq adlandırıb

Britaniyanın Azərbaycandakı səfiri AİH-in yaradılmasını təqdirəlayiq adlandırıb
# 26 noyabr 2020 21:27 (UTC +04:00)

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru ilə görüşüb.

APA xəbər verir ki, bu barədə səfirin özü "Twitter" səhifəsində bildirib.

"Bu gün Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovla görüşdüm. AİH-in yaradılması təqdirəlayiqdir. Yeni quruma fəaliyyətində uğurlar arzu edirəm", - deyə səfirin paylaşımında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR