Burhanəddin Duran: “Azərbaycanla Türkiyə arasında əməkdaşlıq daha da güclənir”

Burhanəddin Duran: “Azərbaycanla Türkiyə arasında əməkdaşlıq daha da güclənir”
  • Clock-gray 15:31
  • calendar-gray 27 Yanvar 2021

“Qardaş iki ölkə arasında müstəqillikdən bəri var olan əməkdaşlıq gün keçdikcə daha da güclənir”.

APA-nın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda SETA baş koordinatoru, Türkiyə Respublikası Prezident Administrasiyası, Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Burhanəddin Duran deyib.

O bildirib ki, Qarabağ savaşı boyunca SETA əməkdaşları da haqlı davasında Azərbaycanın yanında olub, beynəlxalq platformalarda Azərbaycanı müdafiə edib.

“SETA olaraq bununla bağlı kitab çıxarmağı qərara aldıq. Bu kitab gələcək həftələrdə çapdan çıxacaq”, - deyə B. Duran qeyd edib.

Firuzə Vahid

Digər xəbərlər