Çavuşoğlu: “Gürcüstanı “3+3” platformasında iştiraka razı salmağa çalışırıq”

Çavuşoğlu: “Gürcüstanı “3+3” platformasında iştiraka razı salmağa çalışırıq”
# 23 fevral 2021 15:49 (UTC +04:00)

““3+3” platformasına qatılması üçün Gürcüstanı razı salmağa çalışırıq”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu türkmənistanlı həmkarı Rəşid Meredovla Ankarada birgə mətbuat konfransında deyib.

“Ümid edirik ki, Gürcüstan “3+3” platformasında iştirak edəcək. Bundan hər kəs qazanacaq”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

Türkiyəli nazir Gürcüstanda hökumət dəyişikliyinin baş verdiyini və Bakıda keçirilməsi planlaşdırılan Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün təxirə salındığını da xatırladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR