Cavuşoğlu Lavrovla Ermənistanın Azərbaycana hücumunu müzakirə edib

Cavuşoğlu Lavrovla Ermənistanın Azərbaycana hücumunu müzakirə edib
# 27 sentyabr 2020 13:31 (UTC +04:00)

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla telefonla danışıb.

APA-nın yerli bürosunun Türkiyə Xarici İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, telefon söhbətində bu gün saat 06:00 radələrində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nazirlər arasında müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR