Çavuşoğlu: “Türkiyə, Azərbaycan və Gürcüstan birgə layihələrdə Orta Asiya ölkələrinin iştirakını arzulayır”

Çavuşoğlu: “Türkiyə, Azərbaycan və Gürcüstan birgə layihələrdə Orta Asiya ölkələrinin iştirakını arzulayır”
# 10 mart 2021 16:51 (UTC +04:00)

“Hazırda çox əhəmiyyətli nəqliyyat layihələrini həyata keçiririk”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qırğızıstan-Türkiyə Manas Universitetində çıxışı zamanı deyib.

“Biz Türkiyə, Azərbaycan və Gürcüstan olaraq həyata keçirdiyimiz layihələrə Orta Asiya ölkələrinin daxil olmasını arzulayırıq”, - deyə XİN başçısı qeyd edib.

Nazir vurğulayıb ki, bu mövzu Türkmənistan, Özbəkistan və Qırğızıstana səfərləri zamanı aparılan müzakirələrdə üstünlük təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR