Çavuşoğlu ilə Zalkaliani Türkiyə-Azərbaycan-Gürcüstan əlaqələrini müzakirə ediblər

Çavuşoğlu ilə Zalkaliani Türkiyə-Azərbaycan-Gürcüstan əlaqələrini müzakirə ediblər
# 08 dekabr 2020 19:10 (UTC +04:00)

Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Gürcüstan Xarici İşlər Naziri David Zalkaliani ilə telefonla danışıb.

APA-nın yerli bürosunun Türkiyə Xarici İşlər Nazirliyinə istinadla xəbərinə görə, telefon söhbətində nazirlər yeni növ koronavirusla (COVID-19) birgə mübarizə, beynəlxalq təşkilatlarla və regionda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Bundan başqa, nazirlər Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli əlaqələr ilə bağlı fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR