Çexiyada Xocalı soyqırımı qurbanlarının xatirəsi yürüşlə yad edilib - FOTO

Çexiyada Xocalı soyqırımı qurbanlarının xatirəsi yürüşlə yad edilib - FOTO
# 28 fevral 2021 22:58 (UTC +04:00)

Xocalı soyqırımı həqiqətləri barədə Çex Respublikasının ictimaiyyətini məlumatlandırmaq və qətliamda həlak olanların xatirəsini yad etmək üçün Çexiyadakı
Azərbaycan icmasının təşkilatçılığı və orada yaşayan Azərbaycan icmasının üzvlərinin iştirakı ilə aksiya keçirilib.

APA xəbər verir ki, iştirakçılar şəhərin qədim mərkəzi "Malostranské náměstí" adlanan meydanında Çexiya Parlamentinin binası qarşısında çex və ingilis dillərində "Xocalıya ədalət", "Xocalını xatırla" və digər şüarların və Xocalı soyqırımı haqqında məlumatların yazıldığı plakat, banner və şəkillər nümayiş
etdiriblər, yerli sakinlərə broşürlər paylayıblar.

Aksiya iştirakçıların Praqadakı Karlov körpüsündən keçərək Staromestska meydanına qədər davam edən yürüşü ilə başa çatıb. Aksiya zamanı Çexiya Parlamentinin Çexiya və Azərbaycan münasibətləri üzrə Dostluq qrupunun sədri, deputat Zdenek Ondraçek və qrupun üzvü Kveta Matuşovska iştrakçılarla görüşüb, Azərbaycan xalqına başsağlığı veriblər. Deputat Zdenek Ondraçek aksiya və Xocalı soyqırımı ilə bağlı məlumatları qrupun digər üzvlərinə çatdıracağını bildirib və oxşar hadisə ilə üzləşdikləri üçün azərbaycanlıların kədərini və ağrısını bölüşdüyünü vurğulayıb.

Aksiya iştirakçıları, öz növbəsində yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Bununla yanaşı, Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Çexiya Parlamenti Deputatlar Palatasına bəyanatla müraciət edən Şərqi Avropa
Azərbaycanlıları Koordinasiya Şurasının Çexiya üzrə əlaqələndiricisi Eldar Vəliyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı
qüvvələrinin 366-cı motoatıcı alayın hərbçiləri ilə birlikdə törətdiyi Xocalı soyqırımı, Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi təcavüzkar və etnik təmizləmə siyasəti barədə ətraflı məlumat verib.

Bəyanatda deyilir:

"1992-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı qəsəbəsində (bu gün də "Stepanakert Hava limanı" kimi tanınır) azərbaycanlı əhaliyə qarşı misli görünməmiş qırğın törədilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı motoatıcı alayının köməkliyi ilə Ermənistan Silahlı Qüvvələri Xocalıya hücum edərək günahsız Xocalı sakinlərini vəhşicəsinə qətlə yetirib. Qırğın nəticəsində 106 qadın, 63 uşaq və 70 qoca olmaqla 613 nəfər öldürülüb. 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi bu günə qədər məlum deyil. Faciə zamanı Xocalıda 487 nəfər ağır şəkildə şikəst edilib, 8
ailə tamamilə məhv edilib, 26 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Azərbaycan ərazilərinin işğalında növbəti addım olaraq Xocalı şəhərinin seçilməsində məqsəd azərbaycanlılar arasında çaxnaşma və qorxu yaratmaq idi. Vəhşicəsinə həyata keçirilən qətliam bu ərazinin kütləvi etnik təmizlənməsinə zəmin yaratdı. Nəticədə, Azərbaycan ərazilərinin beşdə biri işğal edildi və ölkədə təxminən yeddi nəfərdən biri məcburi köçkünə
çevrildi.

Uzun müddətdir ki, erməni rəsmiləri Xocalı əhalisinə qarşı törədilən cinayətlərə görə müxtəlif bəhanələrlə məsuliyyətdən boyun qaçırırlar. Bunun isə heç bir əsası yoxdur. Çünki bu cinayətlər çoxsaylı müstəqil mənbələr və şahidlər tərəfindən peşəkarcasına sənədləşdirilib. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarının 87-ci bəndində Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsinin “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” olduğunu müəyyən edib. Ötən il 44 günlük müharibə nəticəsində Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini erməni işğalından azad etdi. Təəssüf ki, bu müharibə zamanı da Ermənistan dinc insanlara qarşı terror aktları törədərək öz mənfur siyasətindən əl çəkmədi. Münaqişə zonasından uzaq olan Bərdə, Gəncə, Mingəçevir şəhərləri Ermənistan Silahlı Qüvvələrinin beynəlxalq miqyasda qadağan edilmiş çoxsaylı döyüş sursatları və SCUD kimi taktiki ballistik raket hücumlarına məruz qaldı. Nəticədə Azərbaycan tərəfdən 27 qadın və 12 uşaq olmaqla, 101 günahsız mülki şəxs öldürüldü və 423 nəfər yaralandı (Bu həqiqət Beynəlxalq Amnistiya (Amnesty International) və İnsan hüquqlarının müdafiəsi (Human Rights Watch) humanitar təşkilatlarının hesabatlarında da öz əksini tapmışdır). Çex Respublikasında yaşayan azərbaycanlılar olaraq, bu faciənin 29-cu ildönümündə bir daha Çex Respublikası Parlamentinin Deputatlar Palatasına bu cür iyrənc hərəkətləri qınayanlardan biri olduğuna görə
səmimi təşəkkürümüzü bildiririk. Beynəlxalq cəmiyyətin müharibə münaqişələri zamanı vəhşilik edənləri cəzasız qoymayacağına və bir gün Xocalı qətliamının günahkarlarının Srebrenitsa soyqırımının günahkarları kimi mühakimə olunacağına inanırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR