Ceyhun Bayramov: “Azərbaycan və İsveç arasında münasibətlər inkişaf etməkdədir”

Ceyhun Bayramov: “Azərbaycan və İsveç arasında münasibətlər inkişaf etməkdədir”
# 15 mart 2021 12:54 (UTC +04:00)

“ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Lindenin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə ikitərəfli və feniş formatda görüşümüz oldu”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, Azərbaycan və İsveç arasında münasibətlər inkişaf etməkdədir: “Siyasi dialoqun davam etdirilməsi, birgə maraq kəsb edən layihələrin müzakirə edilməsi, o cümlədən yüksək səviyyəli səfərlər olduqca vacibdir. Bu baxımdan bu səfəri yüksək dəyərləndiririk”.

Xarici işlər naziri qeyd edib ki, ötən il ilk dəfə İsveçin Azərbaycanda rezident səfiri təyin olunub: “Bu yaxınlarda Azərbaycanın İsveçdə səfirinin təyinatı nəzərdə tutulur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR