Ceyhun Bayramov Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə Dövlət Naziri Vendi Mortonla telefonla danışıb

Ceyhun Bayramov Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə Dövlət Naziri Vendi Mortonla telefonla danışıb
# 16 dekabr 2020 21:22 (UTC +04:00)

2020-ci ilin 16 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Morton arasında telefon danışığı baş tutub.

Nazirlər bölgədəki cari vəziyyət, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin iqlim dəyişikliyi və atmosferə buraxılan zərərli maddələrin azaldılması mövzusu, bu xüsusda BMT çərçivəsində təşəbbüslərin dəstəklənməsi, eləcə də enerji sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR