Ceyhun Bayramov: “GUAM regional təhlükəsizliyin gücləndirilməsi üçün vacib regional platformadır”

Ceyhun Bayramov: “GUAM regional təhlükəsizliyin gücləndirilməsi üçün vacib regional platformadır”
# 28 dekabr 2020 17:42 (UTC +04:00)

Azərbaycanın GUAM-da sədrliyi başa çatır. Ötən il bir çox mənada çətin il olub. İndi isə əməkdaşlığımızı qiymətləndirmək və gələcəyə baxmaq vaxtıdır.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının videokonfrans formatında keçirilmiş iclasında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, GUAM demokratiyanın təşviqi, regional təhlükəsizliyin gücləndirilməsi və davamlı inkişafın genişləndirilməsi üçün vacib regional platformadır: Bizim təşkilatımızın beynəlxalq əlaqələr sistemində rolu əhəmiyyətli dərəcədə artmaqda davam edir. Biz inanırıq ki, daha çox effektivlik və sinerji imkanları üçün potensial mövcuddur.

O qeyd edib ki, müsbət inkişaf təşkilatlararası əməkdaşlıq sahəsində də müşahidə edilib: GUAM və Dəmir Yolları Əməkdaşlıq Təşkilatı arasında anlaşma memorandumu imzalanıb. Birləşmiş Millətlərin Narkotiklərə qarşı mübarizə idarəsi ilə anlaşma memorandumu layihəsi demək olar ki, tamamlanıb və yaxın zamanlarda imzalanacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR