Ceyhun Bayramov Gürcüstanda rəsmi səfərdədir - YENİLƏNİB

Ceyhun Bayramov Gürcüstanda rəsmi səfərdədir - YENİLƏNİB
# 24 sentyabr 2020 10:01 (UTC +04:00)

Xarici İşlər Naziri Ceyhun Bayramov Gürcüstanda rəsmi səfərdədir.

APA-nın yerli bürosu Gürcüstan Xarixi İşlər Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində XİN başçısı Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir Giorgi Qaxaria, xarici işlər naziri David Zalkaliani, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava, parlament sədrinin müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kaxaber Kuçava və bir sıra deputatlarla görüşəcək.

C. Bayramov Tbilisidə Heydər Əliyev adına Parkda Azərbaycanın ümummilli liderinin büstünü və Qəhrəmanlar meydanında ucaldılmış abidəni də ziyarət edəcək.

***

08:56

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb.

APA xəbər verir ki, bu barədə XİN-in Mətbuat Xidməti idarəsi məlumat yayıb.

Səfər çərçivəsində Xarici İşlər nazirinin Gürcüstanın yüksək səviyyəli rəsmiləri ilə görüşləri keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR