Ceyhun Bayramov: “Multikultural cəmiyyət kimi daha yaxşı gələcək qurmağa sadiqik”

Ceyhun Bayramov: “Multikultural cəmiyyət kimi daha yaxşı gələcək qurmağa sadiqik”
  • Clock-gray 09:56
  • calendar-gray 01 Mart 2021

Azərbaycan “Sıfır ayrı seçkilik” Günündə İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya qoşulmasının 25-ci ildönümünü qeyd edir.

APA-nın məlumatına görə, xarici işlər naziri Ceyhun Bayramov bununla bağlı Tvitter hesabında paylaşım edib.

"Multikultural və çoxsaylı etnik qrupların yaşadığı cəmiyyət olaraq bərabərliyə və daha yaxşı gələcək qurmağa sadiqik", - nazir bildirib .

Qeyd edək ki,  BMT-nin İİV/QİÇS üzrə Birləşmiş Proqramı (UNAİDS) İİV-ə ( insanın immunçatışmazlığı virusu) yoluxmuş insanların ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması məqsədi ilə 2016-cı ildə martın 1-i “Sıfır ayrı seçkilik” Günü elan edib. Azərbaycan Respublikası 1996-cı il 31 may tarixli 95-IQ nömrəli Qanunu ilə “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya”ya qoşulub.

apa-logo-mini

Digər xəbərlər