Ceyhun Bayramov Türkiyədə terror qurbanı olan şəhid diplomatları yad edib

Ceyhun Bayramov Türkiyədə terror qurbanı olan şəhid diplomatları yad edib
# 12 avqust 2020 00:04 (UTC +04:00)

Bu gün Türkiyədə səfərdə olan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə XİN-in binasında terror qurbanı olan şəhid diplomatların xatirə lövhəsilə tanış olub.

APA-nın yerli bürosunun xəbərinə görə, C. Bayramovu Türkiyə Xarici İşlər Naziri Mövlud Cavuşoğlu müşayiət edib.

Terroru qətiyyətlə pislədiyini qeyd edən C.Bayramov şəhid diplomatlara rəhmət diləyib.

Qeyd edək ki, xatirə lövhəsində adları əks olunan diplomatların arasında erməni terrorunun qurbanları da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR