Ceyhun Bayramov alim Möhsin Fəxrizadənin qətlə yetirilməsi ilə bağlı iranlı həmkarına başsağlığı verib

Ceyhun Bayramov alim Möhsin Fəxrizadənin qətlə yetirilməsi ilə bağlı iranlı həmkarına başsağlığı verib
  • Clock-gray 21:15
  • calendar-gray 29 Noyabr 2020

Noyabrın 29-da Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının Xarici İşləri naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, nazir Ceyhun Bayramov İranın Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri, alim Möhsin Fəxrizadənin terror hücumu nəticəsində qətlə yetirilməsi ilə bağlı İranlı həmkarına başsağlığı bildirib.

Azərbaycanın terrordan əziyyət çəkən bir ölkə kimi terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə pislədiyi vurğulanıb.

Nazirlər, bu həftə ərzində videokonfrans formatında keçirilmiş müzakirəkərə əlavə olaraq, ikitərəfli iqtisadi əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar. Məsələlərin ətraflı şəkildə aidiyyəti qurumlar tərəfindən müzakirə edilməsinin vacibliyi qeyd olunub.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 

apa-logo-mini

Digər xəbərlər