Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub

Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
# 21 dekabr 2020 16:21 (UTC +04:00)

Bu ilin 21 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, nazirlər 10 noyabr tarixli birgə bəyanatdan irəli gələn məsələlərin icrası, eləcə də ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR