Ceyhun Bayramovla Aİ komissarı Oliver Varhelyi arasında telefon danışığı olub

Ceyhun Bayramovla Aİ komissarı Oliver Varhelyi arasında telefon danışığı olub
# 23 dekabr 2020 21:06 (UTC +04:00)

Dekabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, telefon danışığı zamanı C.Bayramovun Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasında iştirak məqsədilə ötən həftə Brüsselə səfəri çərçivəsində keçirdiyi görüşlərin davamı olaraq ölkəmizin Aİ ilə əməkdaşlığı, o cümlədən enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər habelə digər qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR