Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında görüş olub

Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında görüş olub
  • Clock-gray 22:57
  • calendar-gray 13 Yanvar 2021

Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində bu ilin 13 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

XİN-in Mətbuat Xidməti idarəsindən APA-ya verilən məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyəti, 10 noyabr 2020-ci il tarixli birgə bəyanatın icrasını, eləcə də Moskva şəhərində imzalanmış 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatın reallaşması məsələlərini müzakirə ediblər.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

 

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.

apa-logo-mini

Digər xəbərlər