Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Brüsselə səfər edib

Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Brüsselə səfər edib
  • Clock-gray 08:49
  • calendar-gray 17 Dekabr 2020

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclasında iştirak etmək məqsədilə Brüssel şəhərinə yola düşüb.

APA xəbər verir ki, bu barədə XİN-in Mətbuat Xidməti idarəsi məlumat yayıb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Avropa İttifaqı, eləcə də Belçika Krallığının rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

apa-logo-mini

Digər xəbərlər