Corc Dik İsraildə Azərbaycan səfirliyinin açılmasına çağırış edib

Corc Dik İsraildə Azərbaycan səfirliyinin açılmasına çağırış edib
# 24 yanvar 2020 11:24 (UTC +04:00)

“Bu gün İsrail dünyada böyüyən və inkişaf edən bir gücdür”.

APA-nın xəbərinə görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün keçirdiyi mətbuat konfransında deyib.

Səfir ölkəsində Azərbaycan səfirliyinin açılması məsələsinə münasibət bildirib.

“Müxtəlif ölkələr İsraildə diplomatik nümayəndəliklərini açmaq istəyir və biz buna müsbət yanaşırıq. Azərbaycanın da İsraildə səfirliyinin açılmasına şad olarıq. Bu addım Azərbaycan tərəfindən atılmalıdır. Azərbaycan hökumətini bu addımı atmağa çağırırıq”, - deyə C. Dik qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR