“Daş yağırdı, ancaq bir Azərbaycan bayrağı da yerə atılmadı” - Belçikada erməni vəhşiliyi - FOTO

“Daş yağırdı, ancaq bir Azərbaycan bayrağı da yerə atılmadı” - Belçikada erməni vəhşiliyi - FOTO
  • Clock-gray 01:20
  • calendar-gray 24 İyul 2020

"İyulun 22-də radikal ermənilər Brüsseldə Azərbaycan səfirliyi qarşısında aksiya keçirmək planlaşdırmışdılar. Ancaq dinc aksiya adı altında vəhşilik etməyə hazırlaşan ermənilər ətraf şəhərlərdən, hətta Fransadan, Almaniyadan da Brüsselə toplaşmışdı. Ermənilərin kompakt yaşadığı Liondan, Parisdən gələnlər vardı".

Bunu APA-ya açıqlamasında Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov bildirib.

S.Qasımov həmin gün Azərbaycan səfirliyinin ətrafında toplaşan ermənilərin vandalizm törətdiyini, səfirliyimizə hər tərəfdən hücum etdiklərini bildirib: "Baxmayaraq ki, ermənilərə səfirliyin önündə aksiya keçirməyə icazə verilmişdi, ancaq onlar hər tərəfdən Azərbaycan səfirliyinə soxulmağa çalışırdılar. Onlar səfirliyə daş atır, səfirliyin qarşısında toplaşmış azərbaycanlılara, hansı ki onların arasında azyaşlılarla gələn ailələr də var idi, hücum edirdilər. Daşlar yağış kimi yağırdı. İçəri yandırıcı maddələr də atırdılar. Səfirliyin pəncərələrinin şüşələri sındırıldı. Azərbaycanlıların yaxınlıqda saxlanılmış avtomobillərinin də şüşələri sındırıldı".

Benilüks Azərbaycanlıları Konqresinin sədri Belçika polisinin ermənilərin vəhşiliyinin qarşısını almağa çalışdığını söyləyib: "Əvvəlcə 30-40 polis var idisə, sonradan polisin sayı 80-90-na çatdı".

Təşkilat sədri bildirib ki, aksiya dayandırılsa da, ermənilər getmək istəməyiblər: "Onların içərisində bir qrup vardı, paltarlarının həm önünə, həm də arxasına "ASALA" yazılmışdı. Onlar sağ tərəfdə duraraq bir komanda gözləyirdilər. Aksiyaya toplaşanlar dağılmağa başladı, ancaq bir qrup ağacların, kolların arxasında pusqu quraraq gözləyirmiş. Onlar axşama qədər gənclərimizi güdərək, tək yaxaladıqları yerdə döyüblər. 8 -10 nəfər bir azərbaycanlının üzərinə düşür, döyür, sənədlərini və telefonlarını əllərindən alırdılar. Bu, sadəcə, bir dinc aksiya deyildi, Ermənistan xüsusi xidmət orqanları, diplomatları tərəfindən təşkil olunmuşdu. Bu aksiyada törədilən vandalizm aktları ilə azərbaycanlılara sanki bir gözdağı vermək, qorxutmaq məqsədi güdmüşdülər. Hətta gənclərimizdən birini oradakı gölə ataraq öldürmək istəmişdilər".

S.Qasımov indiyə qədər vandallığa yol vermiş 17 erməninin saxlanıldığını nəzərə çatdırıb: "Dünənki hadisələrlə əlaqədar cinayət işi açılıb. Səfirliyimiz, Xarici İşlər Nazirliyi məsələni diqqət mərkəzində saxlayır".

Təşkilat sədri qeyd edib ki, ermənilərin hücumu nəticəsində onun özü də xəsarət alıb: "Dünən atılan daşlardan biri də mənim qoluma xəsarət yetirib, mən də yaralanmışam. "Real TV"-nin müxbiri Xatirə xanım da yaralanıb, digər yaralı gənclərimiz var. Yaralı gənclərimiz dünən tibbi yardımdan sonra xəstəxanadan evə buraxılıblar, hazırda vəziyyətləri qənaətbəxşdir. Amma düşünürük ki, dünən gecə saatlarına qədər pusquda duraraq azərbaycanlılara vəhşicəsinə xəsarət yetirmək, video çəkərək sosial şəbəkədə paylaşmaq vandallıqdır. Bu hərəkətlər artıq yeni bir başlanğıcın göstəricisidir".

"Azerbaijani Cultural Center in Belgium" (ACCB) İdarə Heyətinin yardım maşını ilə üzvü, ULB universitetının siyasi elmlər bölümünün doktoru, TUSİAD Brüksel təmsilciliyinin araşdırmaçısı Aynur Bəşirova APA-ya bildirib ki, iyulun 22-də saat 15.00 radələrində çoxsaylı ermənilər Azərbaycan səfirliyinin qarşısında toplaşmağa başlayıblar. Səfirliyimizə və ölkəmizə dəstək məqsədilə əraziyə gələn azərbaycanlılar "Qarabağ bizimdir!", "BMT Təhlüəksizlik Şurasının qətnamələri yerinə yetirilsin, Azərbaycan torpaqları işğaldan azad edilsin!", "Mülki Azərbaycan vətəndaşlarının öldürülməsi dayandırılsın!" şüarlarını səsləndiriblər: "Səfirliyin qarşısında toplaşan ermənilər əvvəlcə dinc aksiya keçirirdilər. Öncə hasarın üzərindən səfirliyin həyətinə yumurta atdılar. Saat 15.40 radələrində isə üzərimizə yağış kimi daş yağmağa başladı. Həmin daşlar səfirliyin qarşısından toplanmamışdı. Səfirliyin qarşısındakı daşlar yumru, onların atdıqları daşlar isə kəsici idi. Onu da deyim ki, aksiya ilə əlaqədar 15 Belçika polisi asayişi qorumaq üçün gəlmişdi. Polislər erməni vandallarının səfirliyə soxulmasının qarşısını alsalar da, daşa tutulmasının qarşısını almaqda aciz idilər. Səfirliyin pəncərələrinin şüşələri sındırıldı, hələ mən orada 7 nəfərin atılan daşlar nəticəsində xəsarət almasının şahidi oldum. Onlar üstümüzə daş, şüşə qırıntıları atırdılar. Polis onları dağıtmağa çalışırdı. Biz səfirliyin arxa bağçasına keçdik. Saat 05.00 radələrində səfir Fuad İsgəndərov bizim qarşımızda çıxış edən zaman xəbər gəldi ki, çölə çıxan azərbaycanlıları döyür, bunu da videoya çəkərək sosial şəbəkələrdə yayırlar. Xüsusən Azərbaycan bayrağı ilə çölə çıxanları hədəf seçirdilər. Xəsarət alanları təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparırdılar. Mənim də dostum xəsarət alanlar sırasında idi. Saat 06.00 radələrində mən də təcili tibbi yardım maşını ilə dostumla birlikdə xəstəxanaya getdim. Saat 09.00 radələrində səfirliyin əməkdaşları xəstəxanaya gəldilər, bizi evə apardılar".

A.Bəşirova baş verən olayla bağlı cinayət işi açıldığını, indiyə qədər vandallığa yol verən 17 erməninin Belçika polisi tərəfindən saxlanıldığını nəzərə çatdırıb: "Azərbaycanlılardan isə heç kim saxlanılmayıb. Çünki biz qeyri-qanuni heç bir addım atmadıq. Həkim təcili tibbi yardım maşınında məndən soruşdu ki, niyə biz ancaq sizinikləri aparırıq? Dedim ki, bizdən heç kim ermənilərə daş, yaxud başqa nəsə atmadı. Belçika polisi erməniləri məsuliyyətə cəlb edəcək. Bir məqamı da qeyd edim. Mən saat 06.00-a kimi səfirliyin həyətində oldum, Belçika polisi ermənilərin aksiyasında belə vandallığa yol veriləcəyini gözləmirdi, buna görə də müəyyən qədər hazırlıqsız idi. Belçikada Avropa İttifaqının əsas qurumları yerləşir, tez-tez aksiyalar keçirilsə də,  belə hadisələr, daşlanmalar olmur. Belçikada 15 ildir ki, yaşayıram, ilk dəfə belə halla rastlaşdım, polis də ilk dəfə belə halla üzləşdi. Sözün əsl mənasında daş yağışı vardı. Yanımda yaralanan insanlar oldu, mənim yaralanmamağım, sadəcə, şansla bağlı idi. Səfirliyin girişindəki böyük bayraq da bir çox insanları atılan daşlardan qorudu. O daşların altında "Qarabağ bizimdir!", "BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilsin, Azərbaycan torpaqları işğaldan azad edilsin!", "Mülki Azərbaycan vətəndaşlarının öldürülməsi dayandırılsın!" şüarlarını səsləndirən insanlarımız vardı. O insanların heç biri Azərbaycan bayrağını atmadı".

A.Bəşirova bildirib ki, bu, bir təxribat idi: "Belçikada qayda-qanun var, inanırıq ki, o təxribatı törədən ermənilər cəzalarını alacaqlar. Artıq 17 nəfər saxlanılıb, digərlərinin də saxlanılacağını gözləyirik".

A.Bəşirova azərbaycanlıların iyulun 27-də Brüsseldə Avropa İttifaqının Xarici Əlaqələr Komissarlığının binasının qarşısında aksiya keçirəcəyini də bildirib: "Dinc nümayişlər bizim haqqımızdır, qanun bizim tərəfimizdədir. Yenə dinc nümayişlər edəcəyik. Ancaq daş atmaq bizə yaraşan deyil. İyulun 27-də Avropa İttifaqının Xarici İşlər Komissarlığının binasının qarşısında da aksiya keçirmək niyyətindəyik, icazə də almışıq".

O, sonda səfirliyə təşəkkür edib, səfirlik əməkdaşlarının daha çox təhlükə altında olduğunu bildirib: "İnanırıq ki, Belçika polisi bizi və səfirliyimizin əməkdaşlarını qoruyacaq".

Belçikada erməni vəhşiliyi - FOTO" data-description="gallery" alt="“Daş yağırdı, ancaq bir Azərbaycan bayrağı da yerə atılmadı” - Belçikada erməni vəhşiliyi - FOTO"> Belçikada erməni vəhşiliyi - FOTO" data-description="gallery" alt="“Daş yağırdı, ancaq bir Azərbaycan bayrağı da yerə atılmadı” - Belçikada erməni vəhşiliyi - FOTO"> Belçikada erməni vəhşiliyi - FOTO" data-description="gallery" alt="“Daş yağırdı, ancaq bir Azərbaycan bayrağı da yerə atılmadı” - Belçikada erməni vəhşiliyi - FOTO"> Belçikada erməni vəhşiliyi - FOTO" data-description="gallery" alt="“Daş yağırdı, ancaq bir Azərbaycan bayrağı da yerə atılmadı” - Belçikada erməni vəhşiliyi - FOTO"> Belçikada erməni vəhşiliyi - FOTO" data-description="gallery" alt="“Daş yağırdı, ancaq bir Azərbaycan bayrağı da yerə atılmadı” - Belçikada erməni vəhşiliyi - FOTO"> Belçikada erməni vəhşiliyi - FOTO" data-description="gallery" alt="“Daş yağırdı, ancaq bir Azərbaycan bayrağı da yerə atılmadı” - Belçikada erməni vəhşiliyi - FOTO"> Belçikada erməni vəhşiliyi - FOTO" data-description="gallery" alt="“Daş yağırdı, ancaq bir Azərbaycan bayrağı da yerə atılmadı” - Belçikada erməni vəhşiliyi - FOTO"> Belçikada erməni vəhşiliyi - FOTO" data-description="gallery" alt="“Daş yağırdı, ancaq bir Azərbaycan bayrağı da yerə atılmadı” - Belçikada erməni vəhşiliyi - FOTO">
apa-logo-mini

Digər xəbərlər