Deputat: "Ermənilərin dinc aksiyalar zamanı azərbaycanlılara hücum etməsi əsl zorakılıq, vandalizm və barbarlıqdır"

Deputat: "Ermənilərin dinc aksiyalar zamanı azərbaycanlılara hücum etməsi əsl zorakılıq, vandalizm və barbarlıqdır"
# 23 iyul 2020 17:23 (UTC +04:00)

“Ermənilər iyun ayının 12-də Ermənistan-Azərbaycan dövlət sərhədində törətdikləri təxribatı hazırda ayrı-ayrı ölkələrdə dinc nümayişlər keçirən azərbaycanlılara qarşı törətməklə sözün əsil mənasında terrorçu mahiyyətlərini bir daha ortaya qoyurlar”.

Bunu APA-ya Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavinui Hikmət Babaoğlu deyib. O bildirib ki, bu, Ermənistanın terrorçu dövlət olmasının, erməni xarici siyasətinin terrorizmə, vandalizmə və faşizmə söykənməsinin bariz göstəricisidir. Azərbaycanlıların öz torpaqlarının erməni işğalından azad edilməsini tələb etməsi onların beynəlxalq hüquqla tanınan haqdır. Bunu dinc etiraz və asayişin qorunması çərçivəsində təşkil etmələri də yaşadıqların ölkələrin qanunlarına riayət etmələridir, tamamilə hüquqa və özünüifadə azadlığına əsaslanan sivil kütləvi etiraz formasıdır. Ermənilərin isə bu cür dinc və hüquqi aksiyalar zamanı azərbaycanlılara hücumlar etməsi əsl zorakılıq, vandalizm və barbarlıqdır. Ancaq işğalçı Ermənistan dövlət sərhədində törətdiyi təxribat zamanı Azərbaycan ordusu və xalqı tərəfindən aldığı layiqli cavabı beynəlxalq təşkilatlar və vandalizm hərəkətləri etdikləri ölkələrin hüquqi sistemi tərəfindən də almalıdırlar. Əks təqdirdə aydın görünür ki, 1970-1980-ci illərdə ASALA, Daşnaksutyun və digər erməni terror təşkilatları tərəfindən müxtəlif ölkələrdə 70-dən çox insanı, o cümlədən 24 türk diplomatı qətlə yetirmələri, ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törətmələri, ötən əsrin 20-30-cu illərində Azərbaycanın ictimai-siyasi xadimlərinə qarşı sui-qəsd təşkil etmələri kimi hadisələr yenidən baş verə bilər. Son bir həftə ərzində Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada diplomatik nümayəndəliklərinə, həmçinin xarici ölkələrdə yaşayan və Ermənistanın iyulun 12-dən başlayaraq növbəti təxribatlarına etiraz məqsədilə aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllərə yol verilməsi bunun mümkünlüyünü əsla istisna etmir. Ona görə də ermənilərin bu vandalizminin qarşısı dərhal alnmalıdır”.

Deputat nəzərə çatdırıb ki, Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi, eləcə də diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması diplomatik nümayəndəliyi qəbul edən ölkənin məsuliyyətindədir: "Eyni zamanda müxtəlif ölkələrdə yaşayan, fəaliyyət göstərən insanların hüquq və azadlıqlarının təmin edilməsi və təhlükəsizliklərinin qorunması da həm beynəlxalq hüquqa həm də yerli qanunvericiliyə görə həmin ölkələrin hüquqi öhdəçiliyinə daxildir. Ona görə də dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq azərbaycanlıların beynəlxalq hüququn tələbi kimi erməni işğalına son qoyulması ilə bağlı din aksiya keçirmələri dəstəklənməli və onların təhlükəsizliyi təmin edilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR