Deputat: “Soyqırımı, insanlıq əleyhinə cinayətlərdə universal yurisdiksiya tətbiq edilir”

Deputat: “Soyqırımı, insanlıq əleyhinə cinayətlərdə universal yurisdiksiya tətbiq edilir”
# 29 mart 2021 11:56 (UTC +04:00)

“Soyqırımı, müharibə və insanlıq əleyhinə cinayətlər törədən şəxslərin, beynəlxalq cinayətlərin təqibi üçün iki pilləli sistem mövcuddur. Ən arzuolunan variant ondan ibarətdir ki, bu cinayətləri törədən şəxslər həbs edilib, Azərbaycana ekstradisiya edilsin”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov deyib.

Deputat bildirib ki, bu cinayətləri törədən şəxslər İnterpol xətti ilə axtarışa verilib: “Təəssüf ki, beynəlxalq birlik bu məsələdə bizimlə kifayət qədər yaxşı əməkdaşlıq etmir. Ən önəmli məsələ bu cür cinayətlərə görə beynəlxalq miqyasda hökm sürən cəzasızlığın aradan qaldırılmasıdır. Soyqırımı, insanlıq əleyhinə cinayətlərə münasibətdə universal yurisdiksiya tətbiq edilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR