Deputat: “XİN Azərbaycanın Fransadakı səfirini məsləhətləşmələr üçün geri çağırmalıdır”

Deputat: “XİN Azərbaycanın Fransadakı səfirini məsləhətləşmələr üçün geri çağırmalıdır”
# 20 noyabr 2020 11:27 (UTC +04:00)

“Xarici İşlər Nazirliyi Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfirini məsləhətləşmələr üçün geri çağırmalıdır”

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

F. Ağamalı deyib ki, eyni zamanda Azərbaycan əgər Fransa senatında qondarma "Dağlıq Qarabağ Respublikasının" tanınması ilə bağlı sənəd qəbul edilərsə, Azərbaycan Fransa ilə bütün diplomatik əlaqələrinə son qoymalıdır: “Fransa ilə bütün iqtisadi, siyasi münasibətlərə birmənalı olaraq son qoyulmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR