Deputat siyasi partiyaların Fransaya qarşı bəyanatının beynəlxalq təşkilatlara göndərilməsini təklif edib

Deputat siyasi partiyaların Fransaya qarşı bəyanatının beynəlxalq təşkilatlara göndərilməsini təklif edib
# 20 noyabr 2020 11:24 (UTC +04:00)

Rəsmi Fransanın Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasətini birmənalı dəstəkləməsi, Fransa prezidentinin və Parlamentdə və Senatda əsas aparıcı siyasi partiya liderlərin birgə təşəbbüsü ilə parlamentə təqdim edilən layihə, Fransanın Minsk Qrupunun həmsədri kimi tam və açıq ermənipərəst mövqeyi qəbul edilməzdir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

Deputat təklif edib ki, E. Makron və siyasi partiyalar Fransa xalqını təmsil edirlər və onların adından danışırlar: "Daha bundan biabırçı və qərəzli nə ola bilər? Ona görə də təklif edirəm ki, Milli Məclisdə təmsil olan siyasi partiyalar adından, eləcə də eyni zamanda Vətən Müharibəsi başlayandan birlik göstərən Milli Məclisdə təmsil olunmayan 50-yə yaxın Azərbaycanın siyasi partiyaları adından ATƏT-in Minsk Qrupuna, digər beynəlxalq təşkilatlara Fransa ilə bağlı etiraz bəyanatı göndərilsin və Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çıxarılsın. Əminəm ki, hökumətimiz tərəfindən bununla bağlı tədbirlər görülür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR