Dövlət Komitəsinin sədr müavini: "Ermənistanın təxribatı ilə bağlı 25 xarici ölkədə 56 aksiya keçirilib"

Dövlət Komitəsinin sədr müavini: "Ermənistanın təxribatı ilə bağlı 25 xarici ölkədə 56 aksiya keçirilib"
# 23 iyul 2020 13:08 (UTC +04:00)

“Ermənistanın təxribatı ilə bağlı 25 xarici ölkədə 56 aksiya keçirilib. Bu aksiyalar icazə alınaraq qanunlar çərçivəsində baş tutub".

APA-nın məlumatına görə, bunu bu gün mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini deyib ki, radikal erməni təşkilatları yandırıcı maddələrdən, digər vasitələrdən istifadə edərək azərbaycanlılara qarşı təxribat törədir: “Niyə o ölkələrin polisləri gözləri qarşısında törədilən bu hadisələrə müdaxilə etmirlər? İnanırıq ki, bu hadisələr araşdırılacaq və lazımi addımlar atılacaq. Bizim aksiyalar sülhməramlıdır. Bu aksiyalara soydaşlarımız ailələri, övladları ilə qatılır. Biz soydaşlarımıza hər zaman dəstək verməyə hazırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR