Dövlət başçısı: "Biz hazırda bərpa olunan enerji mənbələri üzərində fəal şəkildə işləyirik"

Dövlət başçısı: "Biz hazırda bərpa olunan enerji mənbələri üzərində fəal şəkildə işləyirik"
# 01 iyun 2020 22:12 (UTC +04:00)

Bu gün toxunmaq istədiyim digər bir məsələ siz artıq onu qeyd etdiniz – enerji səmərəliliyi məsələsidir. Biz indi iki şirkətdə AzərenerjiAzərişıqda bu işləri aparırıq. Bu il və ötən il yatırılmış müəyyən investisiyalara görə Azərenerji minimum 600 meqavat səviyyəsində mövcud elektrik enerjisi stansiyalarının məhsuldarlığını artıra bilmişdir və bu proses davam edir.

APA xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında keçirilmiş videokonfrans zamanı bildirib.

Dövlər başçısı deyib ki, bizim ən böyük və Qafqazda ən böyük olan Mingəçevir elektrik stansiyamız tamamilə bərpa edilib və ola bilsin ki, 1 və ya 2 ay müddətində bərpa işlərindən sonra açılacaq: “Bundan əlavə, biz hazırda bərpa olunan enerji mənbələri üzərində fəal şəkildə işləyirik və bu sahədə fəaliyyət göstərən iki böyük şirkətlə bu ilin yanvar ayında artıq iki ilkin müqavilə imzalanmışdır. Ümumi enerji hasilatının həcmi 400 meqavat olacaqdır. İnvestisiya tamamilə xaricdən gələcəkdir və Günəş və küləklə işləyən iki elektrik stansiyası olacaqdır. Buna görə də kifayət qədər Günəş və külək mənbəyinə malik olduğumuzu nəzərə alaraq enerjinin bu sektorunu inkişaf etdirmək üçün bizim planlarımız var. Ona görə də sizdən bu variantı da nəzərdən keçirməyi xahiş edərdim”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR