Dövlət büdcəsindən beynəlxalq münasibətlər üzrə ayrılan xərclərin təyinatı məlum olub

Dövlət büdcəsindən beynəlxalq münasibətlər üzrə ayrılan xərclərin təyinatı məlum olub
  • Clock-gray 10:30
  • calendar-gray 04 Yanvar 2021

Azərbaycanda bu il dövlət büdcəsindən beynəlxalq münasibətlər üzrə ayrılan xərclərin təyinatı məlum olub.

APA-nın məlumatına görə, bu, Prezident Əliyevin imzaladığı “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” fərmanda əksini tapıb.

Fərmana əsasən, bu il dövlət büdcəsindən beynəlxalq münasibətlər bölməsi üzrə 274  milyon 300 min manat vəsait ayrılıb. Həmin vəsaitin 26 milyon manatı beynəlxalq və regional təşkilatlarla və maliyyə institutları ilə əməkdaşlıq , 135 milyon 300 min manatı Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqların saxlanılması,  7 milyon manatı beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlərin keçirilməsi, 106 milyon manatı beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, 10 milyon manatı Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyəti ilə bağlı digər xərclər üçün nəzərdə tutulub.  Beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlərə isə 96 milyon manat xərclənəcək.

apa-logo-mini

Digər xəbərlər