Xəzər Həftəsi Konfransında Bakı Limanının əhəmiyyəti qeyd edilib

Xəzər Həftəsi Konfransında Bakı Limanının əhəmiyyəti qeyd edilib
# 22 yanvar 2020 06:13 (UTC +04:00)

İsveçrənin Davos şəhərində keçirilən Xəzər Həftəsi Konfransında (The Caspian Week Conference) “Xəzər nəqliyyat dəhlizləri qlobal dəyişikliklər fonunda” panel müzakirəsində Bakı Limanının Baş direktoru Taleh Ziyadov çıxış edib.

QSC-dən APA-ya bildirilib ki, Taleh Ziyadov Bakı Limanının “Şərq–Qərb” nəqliyyat dəhlizində (Orta dəhliz) mühüm yer tutduğunu deyib.

Qeyd edilib ki, beynəlxalq logistika və nəqliyyat şirkətləri ilə əməkdaşlıq edərək Çinə və Mərkəzi Asiyaya daha çox yüklərin Venlo (Niderland) – İstanbul (Türkiyə) - Bakı Limanı (Azərbaycan) - Çin marşrutu ilə yollanması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR