Elman Nəsirov: "Ermənilərin məqsədi "vəhşi türk” və “zavallı erməni” obrazının yeni təqdimatını həyata keçirməkdir"

Elman Nəsirov: "Ermənilərin məqsədi "vəhşi türk” və “zavallı erməni” obrazının yeni təqdimatını həyata keçirməkdir"
  • Clock-gray 15:32
  • calendar-gray 24 İyul 2020

“Ura patriotizm” yox, düşmənə qarşı beynəlxalq mövqelərimizi gücləndirən ideoloji xətt və mübarizəyə səbərbər olmalıyıq. Bu, zamanın çağırışıdır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Ermənistan hərbi-siyasi rəhbərliyinin son hərbi avantürasının ardınca dünyadakı erməni lobbisi və diasporu da həmvətənlərimizi  təxribata cəlb etmək üçün dəridən-qabıqdan çıxmaqdadırlar: “Onların Los Ancelesdə və Brüsseldə törətdikləri barbar hərəkətlərin arxasında məkrli niyyətlər dayanır. Məqsəd dünya ölkələrində yaşayan azərbaycanlıların heysiyyatına toxunmaqla onları da adekvat addımlar atmağa sürükləməkdən ibarətdir. Sonra isə “fakt”ları toplayıb, azərbaycanlılara qarşı beynəlxalq səviyyədə həbslərin həyata keçirilməsinə nail olmaq, bu hadisərdən “siyasi şou” yaradıb, “vəhşi türk” və “zavallı erməni” obrazının yeni təqdimatını həyata keçirməkdən ibarətdir.

Deputat deyib ki, artıq erməni yazılı və elektron KİV-ləri bu istiqamətdə intensiv fəaliyyətə başlayıb: “Xüsusilə Rusiya və bir sıra digər ölkələrdə azərbaycanlı gənclərin “erməni ovu”na çıxdığı ilə bağlı qərəzli informasiyaları geniş tirajlamaqdadırlar. Ermənilərin dezinformasiya maşını belə “təcrübə”lərdən çox çıxıb. Bizim xaricdə yaşayan gənclər heç bir halda təxribatlara getməməlidir”.

E. Nəsirov vurğulayıb ki, mübarizə yalnız hüquqi müstəvidə aparılmalıdır: “Bu istiqamətdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin atdığı operativ addımların ilkin nəticələri görünür. Artıq Belçikada və Kaliforniyada azərbaycanlılara xəsarət yetirmiş ermənilər həbs olunub, onlara qarşı cinayət işi açılıb. Ermənilərin xaricdə yaşayan gənc azərbaycanlılara qarşı anoloji istiqamətdə cinayət işlərinin açılmasına imkan verməməliyik. İndiki reallıqda qarşımızda duran yeni vəzifələrin mahiyyətindən irəli gələrək Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, xarici ölkələrdəki səfirliklərimiz, konsulluqlarımız, Diasporla İş uzrə Dövlət Komitəsi və  xarici ölkələrdəki diaspor təşkilatlarımız "7/24 rejimi"ndə işləməli və sıx koordinasiya olunmuş fəaliyyət göstərməlidir. Prezident İlham Əliyev hücüm diplomatiyasına əsaslanan xarici siyasət kursu müəyyən edib. Bu kursun fəlsəfəsinə vararaq heç bir təxribata getmədən  ilk növbədə nüfuzlu xarici KİV-lərdə ermənilərin barabar və vandal davranışını ifşa etməliyik”.

 

 

apa-logo-mini

Digər xəbərlər