Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının Prezidenti və Baş katibi ilə görüşüb

Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının Prezidenti və Baş katibi ilə görüşüb
  • Clock-gray 00:31
  • calendar-gray 06 Dekabr 2019

 

Slovakiyanın Bratislava şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 26-cı görüşü çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının Prezidenti George Tsereteli və qurumun Baş katibi Roberto Montella ilə görüşüb.

XİN-dən APA-ya verilən məlumata görə, görüşdə ATƏT Parlament Assambleyası ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib və konstruktiv dialoq və anlaşma ruhunda əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Parlament diplomatiyasının əhəmiyyətini xüsusi qeyd edən nazir Elmar Məmmədyarov, ölkəmizin bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə, nazir Elmar Məmmədyarov ölkəmizdə aparılan struktur islahatları və idarəetmənin təkmilləşdirilməsi haqqında danışıb və dövlət başçısının sərəncamı ilə Milli Məclisə növbədənkənar seçkilərin gələn ilin fevral ayında keçiriləcəyini qarşı tərəfin diqqətinə çatdırıb. Nazir parlament seçkilərinin azad, ədalətli, şəffaf və demokratik şəkildə keçiriləcəyi və Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə inamını vurğulayıb.

Öz növbəsində, G.Tsereteli və R.Montella Azərbaycanın ATƏT PA-nın işində məhsuldar iştirak etdiyini və qurumun fəaliyyətinə mühüm töhfə verdiyini razılıqla qeyd edərək, ATƏT məkanında parlament əməkdaşlığı istiqamətinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Həmçinin, tərəflər ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun yaradılmasının tərəflər arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdiyini bildiriblər.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.

 

apa-logo-mini

Digər xəbərlər