Elmar Məmmədyarov İsrailin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Elmar Məmmədyarov İsrailin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
  • Clock-gray 17:36
  • calendar-gray 02 Dekabr 2019

Xarici İşlər naziri Elmar Məmmədyarov İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Corc Diki qəbul edib.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov C. Diki yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Görüş zamanı tərəflər Azərbaycan və İsrail arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər, iqtisadi, elm-təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Səfir etimadnaməsinin surətini E. Məmmədyarova təqdim edib. 

Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi səylərini əsirgəməyəcəyini bildirib.

Nazir C. Dikə diplomatik fəaliyyətində uğurlar arzu edib.

apa-logo-mini

Digər xəbərlər