Elmar Məmmədyarov Latviyaya səfər edəcək

Elmar Məmmədyarov Latviyaya səfər edəcək
  • Clock-gray 17:18
  • calendar-gray 10 Dekabr 2019

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov dekabrın 12-də Latviyaya rəsmi səfər edəcək.

Latviyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, iki günlük səfəri çərçivəsində E. Məmmədyarov latviyalı həmkarı Edqar Rinkeviçslə görüşəcək. 

E. Məmmədyarovun Latviya Prezidenti Eqils Levits, Latviya Seyminin spikeri İnara Murnietse və Müdafiə naziri Artis Pabrikslə görüşləri də gözlənilir.

Azərbaycan XİN başçısı Riqada yerləşən "İşğal" muzeyinə və həmçinin Latviya Milli Kitabxanasına baş çəkəcək.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date