Elmar Məmmədyarov Polşanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Elmar Məmmədyarov Polşanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
# 04 fevral 2020 15:54 (UTC +04:00)

Xarici İşlər Naziri Elmar Məmmədyarov Polşa Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Rafal Poborskini qəbul edib.

XİN-dən APA-ya bildirilib ki, Nazir Elmar Məmmədyarov Polşanın ölkəmizdəki səfiri Rafal Poborskini təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Görüş zamanı tərəflər Azərbaycan və Polşa arasında iqtisadi, ticarət, nəqliyyat, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindəb danışıblar, əməkdaşlığın humanitar aspektlərini müzakirə ediblər.

Tərəflər iki ölkə arasında ən yüksək səviyyədə daxil olmaqla həyata keçirilən mübadilə və görüşləri xatırladıblar. Bu xüsusda, Davosda keçirilmiş Dünya İqtisadi Forumu çərçivəsində iki ölkənin Prezidentləri arasında səmimi və səmərəli görüş keçirildiyini və iki ölkə arasında nəqliyyat və enerji kimi sahələrdə əməkdaşlığın inkişafının müzakirə edildiyi məmnuniyyətlə vurğulanıb.

Səfir Rafal Poborski etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib və diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR