Elmar Məmmədyarov gürcüstanlı həmkarı ilə görüşüb - FOTO

Elmar Məmmədyarov gürcüstanlı həmkarı ilə görüşüb - FOTO
# 23 dekabr 2019 12:30 (UTC +04:00)

Tbilisidə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla gürcüstanlı həmkarı David Zalkaliani arasında ikitərəfli görüş keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, tərəflər strateji tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi baxımından ortaq həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıblar.

“Azərbaycanla strateji tərəfdaşlıq əlaqələri Gürcüstan üçün xüsusi əhəmiyyət daşıyır. İkitərəfli format bu əlaqələrin dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Gürcüstanın Baş Naziri Giorgi Qaxarianın bu vəzifədə ilk səfərini məhz Bakıya etməsi təsadüfi deyil. Birgə həyata keçirdiyimiz TANAP, Bakı-Tbilisi-Qars kimi iri layihələr bizim tərəfdaşlığımızı daha da güclənir”, - deyə D. Zalkaliani görüşün əvvəlində bildirib.

Görüş mətbuata qapalı şəraitdə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR