Elmar Məmmədyarov latviyalı həmkarı ilə görüşüb

Elmar Məmmədyarov latviyalı həmkarı ilə görüşüb
# 12 dekabr 2019 13:47 (UTC +04:00)

Latviyada səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov latviyalı həmkarı Edqar Rinkeviçslə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Latviya Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

Görüşdə Latviya-Azərbaycan münasibətlərinin mövcud vəziyyəti, əlaqələrin gələcək inkişafına dair ətraflı fikir mübadiləsi aparılıb.

Bundan başqa, Azərbaycan XİN başçısı Riqada yerləşən "İşğal" muzeyinə və Latviya Milli Kitabxanasına baş çəkib. Nazir Latviya Milli Kitabxanasına Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə həsr edilən kitabı hədiyyə edib.

E. Məmmədyarov Riqada “Azadlıq” heykəlini də ziyarət edib.

Qeyd edək ki, E. Məmmədyarovun Latviya Prezidenti Eqils Levits, Latviya Seyminin spikeri İnara Murnietse və Müdafiə naziri Artis Pabrikslə görüşləri də gözlənilir.

Ramal Məmmədli

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR