Elmar Məmmədyarov: “Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır”

Elmar Məmmədyarov: “Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır”
  • Clock-gray 13:40
  • calendar-gray 03 Dekabr 2019

“İki ölkə arasında uğurlu iqtisadi əlaqələr var. Bu əlaqələr üçün hüquq çərçivə mövcuddur”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, iqtisadi əlaqələrdə ticarət dövriyyəsinin həcmi 2.5 milyard dolları ötüb: “Bu ilin sonunadək bu rəqəmi 3 milyard dollara çatdırmağı hədəfləyirik. Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Azərbaycanın Rusiyaya qoyduğu investisiya 1.2 milyard dolları keçib, Rusiya isə Azərbaycana 4.9 milyard dollar investisiya qoyub”.

Zümrüd Paşkin

Digər xəbərlər