Elmar Məmmədyarovla britaniyalı nazir arasında telefon danışığı olub

Elmar Məmmədyarovla britaniyalı nazir arasında telefon danışığı olub
# 01 may 2020 18:32 (UTC +04:00)

Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika ölkələri üzrə naziri Vendi Morton və Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə V. Morton "Twitter"də bildirib.

"Böyük Britaniya və Azərbaycan COVID-19-a qarşı beynəlxalq cavab tədbirləri üzərində yaxından əməkdaşlıq edir. Bu gün Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla danışdım, ona əməkdaşlıq üçün Azərbaycan və Britaniya arasında əlaqələrin qarşıdakı aylarda daha da möhkəmlənməsinə sadiq qaldığı üçün təşəkkür etdim", - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR