Elmar Məmmədyarovun Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə telefon danışığı olub

Elmar Məmmədyarovun Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə telefon danışığı olub
  • Clock-gray 22:09
  • calendar-gray 29 Aprel 2020

Xarici işlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə telefon söhbəti baş tutub.

XİN-in Mətbuat Xidməti İdarəsindən APA-ya verilən məlumata görə, tərəflər qlobal pandemiya ilə mübarizə çərçivəsində bölgədəki son vəziyyət, eləcə də Avropa İttifaqı ölkələrinin hazırkı durumu ətrafında ümumi fikir mübadiləsi apardılar və bu xüsusda beynəlxalq əməkdaşlıq və həmrəyliyin əhəmiyyətini qeyd ediblər.

Telefon söhbəti zamanı tərəflər xüsusilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini müzakirə ediblər. 

Nazir E.Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsinə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə video-konfrans şəklində baş tutmuş görüşü barədə məlumat verib, danışıqların formatının və gündəliyinin dəyişilməz qaldığını qeyd edib. O, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həll edilməsinin, o cümlədən Ermənistan silahlı qüvvələrin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının və məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri qayıtmasının vacibliyini vurğulayıb.

 

apa-logo-mini

Digər xəbərlər