Emoməli Rəhmon koronavirusla mübarizədə Azərbaycanın Tacikistana yardımını yüksək qiymətləndirib

Emoməli Rəhmon koronavirusla mübarizədə Azərbaycanın Tacikistana yardımını yüksək qiymətləndirib
# 07 may 2020 15:41 (UTC +04:00)

Mayın 7-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

APA-nın xəbərinə görə, Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir ki, Emoməli Rəhmon koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın ölkəsinə göstərdiyi yardımı yüksək qiymətləndirərək indiki çətin dövrdə bunu qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirib.

Dövlətimizin başçısı dost və qardaş xalqlarımızın hər zaman, xüsusilə də ağır pandemiya dövründə bir-birinin yanında olmasının önəmini vurğulayıb və bunu dostluq münasibətlərimizin təbii göstəricisi kimi qiymətləndirib.

Dövlət başçıları koronovirus pandemiyası ilə mübarizə istiqamətində ölkələrimizdə həyata keçirilən işlər barədə fikir mübadiləsi apardılar və ikitərəfli münasibətlər, o cümlədən iqtisadi əməkdaşlığın perspektivləri, nəqliyyat-tranzit problematikası ilə bağlı məsələləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR