Erkan Özoral: "Türkiyə və Azərbaycan arasında münasibətlərin kökü ortaq mənfəətlərdə deyil"

Erkan Özoral: "Türkiyə və Azərbaycan arasında  münasibətlərin kökü ortaq mənfəətlərdə deyil"
# 16 sentyabr 2020 12:45 (UTC +04:00)

"Azərbaycan və Türkiyə arasındakı münasibətlər sözün həqiqi mənasında qardaşlıq münasibətləridir".

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral APA TV-də yayımlanan “APAralel” proqramında deyib.

"Strateji ortaqlıq bizim münasibətlərimizi xarakterizə etmək üçün kifayət deyil. Bizim münasibətlər bütün bunlardan daha üstündür. Türkiyənin strateji müttəfiqi olan ölkələrin sayı çoxdur. Lakin bu ölkələrin heç biri ilə bizim Azərbaycanla mövcud olan qardaşlıq münasibətlərimiz yoxdur. Bizim münasibətlər çox dərindir. Bu münasibətlərin kökü ortaq mənfəətlərdə deyil. Onun kökləri hər bir Azərbaycan və Türkiyə vətəndaşının ürəyindədir.

Bizi bir-birimizə bağlayan bağlar bu gün yaranmayıb. İstər Sovetlər dönəmində, istər soyuq müharibə zamanında bizim bir-birimizə qarşı qardaşlıq hisslərimiz vardı. Onun nəticəsi olaraq, 1918-ci ildə Qafqaz İslam Ordusu Azərbaycana gəldi. Qafqaz İslam Ordusunun Azərbaycanda olduğu müddət Osmanlının Birinci Dünya Müharibəsində bütün cəbhələrdən geri çəkildiyi və ölüm-qalım savaşı verdiyi bir dönəmi əhatə edir. Amma buna rəğmən, belə şərtlər altında biz Azərbaycana ordu göndərməkdə tərəddüd etmədik", - səfir vurğulayıb.

Türkiyəli diplomat bildirib ki, zaman ötdükcə iki qardaş ölkə arasında münasibətlər daha da dərinləşir: "Belə münasibətlər dünyanın başqa ölkələrində mövcud deyil. Bu, yalnız Türkiyə və Azərbaycan arasındadır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR