Ermənistanın Bərdəyə raket hücumu zamanı Qırmızı Aypara Cəmiyyətinin könüllüsü də həlak olub

Ermənistanın Bərdəyə raket hücumu zamanı Qırmızı Aypara Cəmiyyətinin könüllüsü də həlak olub
  • Clock-gray 23:34
  • calendar-gray 28 Oktyabr 2020

Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket hücumu nəticəsində həlak olanlar arasında Qırmızı Aypara Cəmiyyətinin könüllüsü də var. 

APA-nın xəbərinə görə, bu barədə Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin Avropa bürosunun rəsmi "Twitter" səhifəsində məlumat verilib. 

"Bu gün günortadan sonra Azərbaycanın Bərdə şəhərində mülki şəxslərə humanitar yardım çatdırarkən könüllülərimizdən birinin həlak olması xəbəri bizi dərindən kədərləndirdi.  

39 yaşlı ata Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin təcili mobil qrupunun əməkdaşı idi və raket hücumunda həlak olub. Humanis, xeyriyyəçilər hədəf deyil!", - Qırmızı Xaç və Qırmızı Aypara təşkilatının Avropa bürosu bildirib.

Zümrüd Paşkin

Digər xəbərlər